Müğənni Ayan Babakişiyeva toy məclislərinin birinə geyindiyi geyimi ilə bağlı sosial şəbəkədə yazılan tənqidlərə cavab verib.
OLAY yazır ki, bu haqda sənətçi qonaq olduğu “Qonaqcanlı” verilişində danışıb.
Babakişiyeva geyiminin ona yaraşdığını bildirib:
“Toy məclisi də bir səhnədir. Ora da sənin və sənin mahnılarının tamaşaçılara və dinləyicilərə təqdimatındır. Geyimdə qüsur yoxdur. O zaman qüsur olardı ki, artıq çəkim olardı, bədən quruluşum o geyimi geyinməyə icazə verməzdi. Əgər mən pəhrizimə və günlərlə ac qalmağıma rəğmən o libası geyinə bilirəmsə nə xoş mənə”.
Proqramın aparıcısı Aytəkin Mərdanova Ayandan sözügedən şort dəstinin qiymətini öz dilindən deməsini istəsə də, lakin ifaçı məbləği açıqlamaqdan boyun qaçırıb.