Video
Video

Nəvai HammAlinin toyundan danışdı

Nəvai HammAlinin toyundan danışdı

 Rusiya və MDB ölkələrində məşhurlan azərbaycanlı müğənni Nəvai Bəkirov həmkarı 32 yaşlı HammAlinin (Sadiq Əliyev - əsl adı) toyundan söz açıb.

OLAY yazır ki, bu haqda sənətçi ilk dəfə “Super” nəşrinə danışıb.

N. Bəkirov qısa olaraq həmkarının seçimindən və yeni cütlüyün  Soçidə təşkil etdiyi ziyafətdən məmnun qaldığını dilə gətirib:

“Toy əla keçdi. Hamımız bundan çox həzz aldıq. Üç gün əyləndik. Xoşbəxt olsun gənclər, qardaşımı etibarlı əllərə buraxdım. Mən şadam”.

Qeyd edək ki, musiqiçinin həyat yoldaşının Emiliya Əlizadədir. Onun 23 yaşı var. O da əri kimi azərbaycanlıdır, lakin Moskvada yaşayır. 2019-cu ildə V.İ. Razumovski adına Saratov Dövlət Tibb Universitetinə (Rusiya) daxil olub. Görünür, Emiliya ictimaiyyət qarşısında tanınmaq istəmir. Onun hətta “Instagram” hesabı belə bağlıdır.