Aparıcı Lalə Azərtaşın qızı Gülarə İngiltərədə təhsil alır.
OLAY yazır ki, bu haqda televiziya ulduzu instaqram səhifəsində məlumat yayıb.
Azərtaş həftəsonu qızını görmək üçün Londona getdiyini bildirib. Londonun hava limanından video paylaşan Lalə “Bir London səfərimiz belə bitdi. Övladdan ayrılmaq çox çətindir. Amma biləndə ki onun təhsili və gələcəyi üçündür valideyn öz-özünə ağlayır və toxtaqlıq tapır. İkinci kursdur, amma birinci dəfədəki hisslər” sözlərini dilə gətirib.
Qeyd edlk ki, Lalə Azərtaşın 2 qız övladı var.