Müğənni Səidə Dadaşova mərhum atası, Xalq artisti Rafael Dadaşovun sağlığında idarə etdiyi avtomobilini nümayiş edib.
OLAY yazır ki, valideyninin “Mercedes” markarlı nəqliyyat vasitəsinin videosunu sənətçi sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Atasının illər əvvəl sözügedən avtomobili başqa şəxsə satdığını bildirən Dadaşova görüntülərdə sükan arxasında əyləşən ailəyə “xeyir, dua” verib.
“Atamın maşını… Vaxtı ilə satmışdırlar. Sağ-salamat sürəsiniz. Xeyirli olsun. Bu maşın çox ruzulu və bərəkətlidir”, - deyə Səidə vurğulayıb.
Sükan arxasında olan ailə başçısı isə müğənniyə təşəkkürünü bildirib.
Qeyd edək ki, Rafael Dadaşov 2 il əvvəl dekabrın 2-də axşam saatlarında Mərkəzi Neftçilər Xəstəxanasına ürəyin işemik xəstəliyi, infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu ilə yerləşdirilmişdi.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sənətçinin müalicə xərclərini öz üzərinə götürmüşdü. Mərhum sənətkar R.Dadaşov 16 mart tarixində vəfat edib.