Video
Video

Neslihan Atagül “Tayms” Meydanını bəzədi

Neslihan Atagül “Tayms” Meydanını bəzədi

Türkiyəli aktrisa Neslihan Atagül Nyu-Yorkun “Tayms” Meydanını bəzəyib.

OLAY yazır ki, sənətçinin fotosu “Nasdaq Qülləsi”ndə sərgilənən və qlobal qadınların obyektivləşdirilməsi mədəniyyətinə meydan oxumaq missiyasını daşıyan “I am” (Mən) adlı kampaniyasında iştirak edən yeganə türk aktrisası kimi diqqət çəkib.

“We Do It Together” (Biz birlikdə edirik) prodüser şirkəti tərəfindən həyata keçirilən kampaniya qadınların mediada və cəmiyyətdə necə qəbul edildiyi barədə məlumatlılığı artırmaq məqsədi daşıyır.

Sözügedən kampaniyada Neslihan Atagül Doğulu ilə yanaşı, Dayan Uorren,  Ketrin Hardvik, Kyara Tilezi kimi dünyaca məşhur adlar da iştirak edir. 

Neslihan kampaniya çərçivəsində “Mən bənzərsizəm” şüarını səsləndirib.