Bir müddət əvvəl Rusiyada daha çıxış etməyəcəyini açıqlayan Rusiyanın Əməkdar artisti Kristina Orbakayte Dubayda keçirilən korporativ tədbirində həmkarı Avraam Russo ilə duet oxumaqdan imtina edib.
OLAY yazır ki, bu barədə “Shot” teleqram kanalı məlumat yayıb.
Bildirilib ki, 53 yaşlı Orbakayte və 55 yaşlı Russo birgə iki mahnı ifa etməli idilər. Lakin artıq şənlik zamanı məlum olub ki, Orbakaytenin konsert direktoru bu mahnıların ifası ilə bağlı onunla razılaşmayıb və Kristina, onları Russo ilə oxumaqdan qəti şəkildə imtina edib və tək çıxış edib.
Məlumatına görə, Orbakaytenin korporativ tədbir üçün qonorarı 50 min avro (təxminən 95 min manat), Russonunki isə 20 min dollar (təxminən 34 min manat) təşkil edib.
Russo iki ildir ki, Orbakaite ilə əlaqə saxlamadığını deyib: “Onun harada olduğunu bilmirəm, həyatı ilə məşğuldur, mən özümlə məşğulam, heç yerdə görüşmürük”.
Xatırlaq ki, 2000-ci illərdə Kristina və Avraam oxuduqları “Sadəcə səni sevirəm” adlı duetlə aylarla hit paradların birincisi olub.
Qeyd edək ki, Kristina Orbakaite son vaxtlar ABŞ-da yaşadığı, lakin əvvəllər tez-tez Rusiyada çıxış etdiyi üçün tənqid olunurdu, üstəlik, ona ailəsi ilə birlikdə Rusiyanı tərk edən və Rusiyanın Ukraynada keçirdiyi xüsusi əməliyyata qarşı çıxış edən anası Xalq artisti Alla Puqaçovanın mövqeyi xatırladılır. Bəziləri Kristinanın özünün ölkədəki vəziyyətlə bağlı danışmamasından qəzəblənir.