Xalq artisti Azərin (Anaxanım Tağıyeva) anası ilə bağlı paylaşım edib.
OLAY yazır ki, uzun illərdir Türkiyədə yaşayan 53 yaşlı sənətçi anasının doğum günü olduğunu bildirib.
Azərin ilk dəfə anası ilə birgə yayımladığı görüntülərə “Canım anam, yaxşı ki, varımızsan. Allah sənə can sağlığı versin. Nəvələrinin xeyirli ğünlərini ğörmək nəsibin olsun. Sənin simanda bütün anaların əllərindən öpürəm. Doğum günün mübarək” sözlərini yazıb.
Qeyd edək ki, Azərin Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin orkestr ifaçısı, Azərbaycan Silahlı Qüvvələrinin kapitanıdır.