Əməkdar artist Gülzar Qurbanova paylaşımı ilə diqqət çəkib.
OLAY yazır ki, 54 yaşlı sənətçi həyat yoldaşı aktyor və rejissor Elxan Cəfərovla bağ evində mərhum müğənni Şövkət Ələkbərovanın “Hardasan yar” mahnısı sədaları altında gece saatlarında çay süfrəsi arxasında istirahətlərindən çəkdiyi videosunu sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Aktrisa sözügedən görüntülərə “İsti günləri və sərin gecələri ilə, səhərin mavi dənizi və sentyabrın qəfil nəfəsi ilə avqustun vida addımlarını eşidirəm... Hələlik... Yenə görüşərik...” şərhini yazıb.