Xalq artisti Faiq Ağayev Şuşaya və Xankəndiyə yollanıb.
OLAY yazır ki, Cıdır düzündə “Qarabağ, can Qarabağ, ana yurdum!” mahnısını ifa edən sənətçi çəkdirdiyi videosunu instaqram hesabında izləyiciləri ilə bölüşüb.
Görüntülərdə Ağayev hərbçilərimizin qəhramanlığından söz açıb:
“Bura Cıdır düzüdür… Hərbçilərimiz buraya canavar kimi dırmanıb düşmənə qan uddurdular və Şuşa bizim oldu. İndi burada “Xarıbülbül” festivalı keçirilir, yüzlərlə və minlərlə vətəşdaşlarımız gəlir. Baxırlar və bu qəhramanlıqdan fəxr duyurlar. Gəlin Şuşaya və sizdə bu canlı tarixin canlı şahidi olun”.
Faiq Şuşada Molla Pənah Vaqifin türbəsini, Üzeyir Hacıbəyli, Xurşidbanu Natəvan və Bülbülün heykəllərini, Yuxarı Gövhər Ağa məscidini ziyarət edib.
Xalq artisti həmçinin Xankəndiyə də səfər edib.
Şəhəri gəzib, abadlıq-quruculuq və təmir-bərpa işlərinin aparıldığını görən F.Ağayev “Buranın arzusunda olan milyonlarla azərbaycanlı vardı. Artıq “Qarabağ Azərbaycandır, Xankəndi Azərbaycandır” sözlərini dilə gətirib.