Aparıcı Yelena Sidorenko qarət olunan bağ evi ilə bağlı paylaşım edib.
OLAY yazır ki, televiziya ulduzu oğurluq edilən Ləhiş bağlarından yerləşən evinin görüntülərini sosial şəbəkə hesabında yayımlayaraq bildirib ki, oğrular ətrafdakı kameralara düşüblər.
“Cinayət törədilən an ətrafda olan kameralara düşüb. Onların axtarışı davam edir. Əminəm ki, onlar tezliklə saxlanılacaq, mülkümüz isə bizə qaytarılacaq”, - deyə Sidorenko yazıb.