Video
Video

Kirkorov görünüşü ilə məəttəl qoydu

Kirkorov görünüşü ilə məəttəl qoydu

Rusiyanın Xalq artisti Filipp Kirkorovun Soçidə keçirilən “Yeni Dalğa” beynəlxalq musiqi festivalına gəlişi ajiotaja səbəb olub. 

OLAY yazır ki, 57 yaşlı sənətçi görünüşü ilə təəccübləndirib. Xeyli çəki atan Kirkorov jurnalistlərin qarşısına yeni döymələri ilə çıxıb.  

Qırmızı xalça üzərinə çıxan Filipp atletik formasından söz açıb:

“Yaşlandıqca, nəsillər və tarix üçün özümüzü yaxşı formada saxlamaq istəyirik. Mənim üçün hər səhər saat 5-də üzgüçülüklə başlayır, sonra iki saat idman zalında oluram, dartınma və sayra kimi fiziki idman hərəkətləri edirəm. Səhər saat 5-dən 10-a kimi mən hər gün fiziki məşqlər edirəm”.

Qeyd edək ki, rus pop kralı bütün həyatı boyu artıq çəki ilə mübarizə aparıb. Belə ki Kirkorov bu illər ərzində gah arıqlayıb, gah da ki yenidən kökəlməyə başlayıb. 2023-cü ildə ifaçı ulduz cərrah Timur Haydarova güvənərək 10 saatdan artıq plastik əməliyyat keçirib. Həkimin tövsiyələrindən sonra Filipp Bedrosoviçin çəkisi 118 kiloqramdan 91 kiloqrama düşüb.