Video
Video

Xankəndiyə gedən Tacir: “Ölmədik bu günü də gördük”

Xankəndiyə gedən Tacir: “Ölmədik bu günü də gördük”

Müğənni Tacir Şahmalıoğlu ailəsi ilə birgə Xankəndiyə yollanıb.

OLAY yazır ki, bu haqda 59 yaşlı sənətçi sosial şəbəkə hesabında video paylaşıb.

Şəhərin mərkəzində, açıq havada fəaliyyət göstərən restoranda nahar süfrəsi arxasında ailə üzvləri ilə birgə oturan Tacir təəssüraflarını bu sözləri ilə ifadə edib:

“Neçə illərdir ki, siz ailə üzvlərimə “Xankəndi” deyirdim. Bax bura Xankəndinin tam “kəndisidir” (mərkəzidir nəzərdə tutur - red.) Allah Cənab Prezidentimizin canını sağ eləsin. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə isə can sağlığı versin. Mərd oğullarımızın sayəsində bu gün Xankəndi şəhərində, fəvvarənin önündə oturub Allahın köməyi ilə çörək yeyəcəyik. Şükür Allahın böyüklüyünə. Ölmədik bu günü də gördük”.