Video
Video

“Laçınım, sən nə gözəl imişsən”

“Laçınım, sən nə gözəl imişsən”

İnfluenser Həmidə Hacıyeva (hemistyle) Laçın səfərindən görüntülərini sosial media hesabında paylaşıb.

OLAY yazır ki, bloger paylaşımına bu sözləri qeyd edib:

“Laçınım, sən nə gözəl imişsən. Vətənimin hər qarışı cənnətdir. Bu gün çox qarışıq duyğular içərisində idim. Sevinc, hüzn, həyəcan, hamısı bir-birinə qarışmışdı və hələ də o sehrli gözəlliyin təsirindən ayıla bilməmişəm. Biz bu gün “Prezident Administrasiyası”nın təşkilatçılığı ilə diplomatlar, səfirlər və rəsmi şəxslərlə birgə Laçında idik. Bizə bu qürur verici anları yaşadan Ali Baş Komandanımız Cənab İlham Əliyevə, şəhidlərimizə, qazilərimizə və yenilməz ordumuza sonsuz minnətdarıq!”.