“Kızılcık şerbeti” serialının Fatihi Doğukan Güngör sevgilisi ilə kameralara tuş gəlib.
OLAY yazır ki, jurnalistlər tərəfindən görüntüləndiyinin fərqinə varan Güngör maraqlı addım atıb.
“Bunu yayımlamayın. Başqa müsahibə verim, amma bunu qoymayın”, - deyə, o, söyləyib.
Doğukan daha sonra rol aldığı ekran işində qardaşını canlandıran Emrah Altıntoprakla bu anları parodiya edib. Həmin video sosial mediada gündəm olub.