Müğənni Nadir Qafarzadə adından saxta paylaşımlar edən sosial media hesablarıyla bağlı video yayımlayıb.
OLAY yazır ki, ifaçı instaqram hesabından izləyicilərinə səslənib:
““TikTok”da bir səhifə qarşıma çıxdı. Tanınmış simaların adından istifadə edirlər. Şəklini qoyub, üzərindən öz fikirlərini yazırlar. Mənim də başıma belə bir iş gəldi. Mənim adımdan xoşa gəlməyən sözləri paylaşırlar. Mən Azərbaycanı sevirəm. Bura mənim Vətənimdir. Böyük İlham Əliyevi sevirəm. Hər zaman güvəndiyimiz insandır. Azərbaycan xalqı hər zaman onun yanındadır, o, da hər zaman Azərbaycan xalqının yanındadır. Onun gördüyü işlər göz qabağındadır. Daxili və xarici siyasətini dəstəkləyirik. Xahiş edirəm, belə şeylər etməyin. O səhifələr yalançıdır. Azərbaycanı, Prezidentimizi, xalqı sevməyən bəzi insancıqlardır. İnsan şəklinə girmiş şeytanlardır. Mənim mətbuat katibim bu işlərlə məşğuldur, o səhifələr şikayət olunacaq. Bu heç də onların xeyrinə deyil, şikayət olanda səhifə bağlanır”.