Dünyaca məşhur amerikalı reper Kanye Uest pərəstişkarına xəsarət yetirməkdə şübhəli bilinir.
OLAY yazır ki, azarkeşin döyülməsi hadisəsi barədə TMZ portalı məlumat yayıb. Bildirilir ki, münaqişə Los-Ancelesin mərkəzindəki Soho West klubu yaxınlığında baş verib.
Qeyd olunur ki, pərəstişkar sənətçidən avtoqraf almaq istəyib və K.Uestdən icazə almadan şəkil çəkdirib.
Bundan narahat olan musiqiçi daha sonra fanatının başına və boynuna vurub. Nəticədə qadın yıxılıb və başını yerə çırpıb.
Polisin döyülmə faktı ilə bağlı araşdırmalara başladığı bildirilir.