“Restorator” kimi tanınan rus repçi Aleksandr Timartsev Dağlıq Qarabağ haqqında söylədiyi fikirlərə görə azərbaycanlılardan üzr istəyib.
OLAY yazır ki, bu mövzuda video onun Instaqram hekayəsində paylaşılıb.
Görüntülərdə repçi “Azərbaycanın bütün sakinlərindən üzr istəyirəm. Sevgi və hörmət müstəsnadır, uşaqlar. Çox sərxoş idim, nə dediyimi xatırlamıram. Mən sizi çox sevirəm, bu hərəkətim üçün məni bağışlayın. Bunu niyə dediyimi ümumiyyətlə bilmirəm. Mən bir daha üzr istəyirəm”,- deyə bildirib.
Qeyd edək ki, söhbət bu yaxınlarda “TikTok” və bir sıra “Telegram” kanallarında yayımlanan 2020-ci ilin videosundan gedir. Timartsev orada Azərbaycan sakinlərini diz çökməyə və Dağlıq Qarabağı ermənilərə verməyə dəvət edir.