Xalq artisti Tünzalə Ağayeva 2 Aprel Dünya Autizm Günü ilə bağlı paylaşım edib.
OLAY yazır ki, sənətçi dostları ilə Bakının mərkəzi küçələrindən birində toplaşıb.
“Dünya Autizm günündə bizim cəmiyyətə təşəkkür etmək istəyirəm. Alov qüllələri də autizm rənginə boyanıb. Bir neçə gün bundan öncə bizim Kənanımız şiddətə məruz qaldı. Bizi üzən, sarsıdan hadisənin arxasında böyük bir canlanma baş verdi. Mənim fərqli, amma doğma dostlarım, Allah sizi qorusun”, - deyə, ifaçı söyləyib.
Sonda onlar mavi şarları havaya buraxıblar.