Video
Video

Madonnadan fiziki məhdudiyyətli tamaşaçıya hörmətsizlik

Madonnadan fiziki məhdudiyyətli tamaşaçıya hörmətsizlik

Dünyaca məşhur müğənni Madonna sosial şəbəkələrdə tənqid olunub.

OLAY yazır ki, buna səbəb onun ötən günlərdə konsertində baş verən bir hadisə olub.

Belə ki, Madonna dinləyicilərdən birini ayağa qalxmadığı üçün danlayıb. Onun rəqs etməməsinə irad bildirib. Sonradan məlum olub ki, həmin şəxs  yerimə məhdudiyyətlidir. Bunu bilən Madonna “Belə deməyim yanlış oldu. Təəssüflənirəm. Burada olduğun üçün sevindim”, - deyə, üzr istəyib. 

Buna baxmayaraq, 65 yaşlı ulduz tənqid atəşinə tuş gəlib. Onun düşünmədən davrandığını yazanlar olub.