Video
Video

Nigar niyə bahalı maşın alıb?

Nigar niyə bahalı maşın alıb?

Əməkdar artist Nigar Şabanova növbəti açıqlaması ilə diqqət çəkib.

OLAY yazır ki, müğənni “Xəzər axşamı” verilişində yaşadığı bir hadisəni danışaraq bahalı avtomobil alma səbəbindən danışıb.

“Muğam müsabiqəsindən təzə çıxmış qızlardan biri idi, eyni mənim maşınımdan sürürdü.  O zaman dövlət tərəfindən mənə artıq ad verilmişdi. Biz ikimiz də bir toydan çıxdıq. Onun maşını mənimkindən kənarda idi. Mənim maşınıma baxdı, yəni sən də, ondan sürürsən, mən də. Mənim getdim anama dedim ki, mənə maşınımı dəyişməyə icazə verməsən, bu maşını sürməyəcəm. Ondan sonra anam icazə verdi ki, mən özümə bahalı maşın alım”, - deyə, o, bildirib.