Video
Video

21 il sonra metroda...

21 il sonra metroda...

Əməkdar artist Rafael İskəndərov növbəti paylaşımı ilə diqqət çəkib.

OLAY yazır ki, aktyor 21 il sonra metrodan istifadə etdiyi anları sosial media hesabında izləyiciləriylə bölüşüb.

“21 illik fasilədən sonra, yenə metrodan istifadə etdim. Uşaqlıq və gənclik illərinə qayıtdım. Bakı metrosu çox gözəldir”, - deyə, o, paylaşımına yazıb.

İskəndərovun “Nizami Gəncəvi” metrostansiyasında olduğu və axşam saatlarında metrodan istifadə etməsi də diqqətdən qaçmayıb.