Bloger Aynişan Quliyeva Parisdə istirahətini davam edir.
OLAY yazır ki, o, bu dəfə Hollivud ulduzu Ancelina Colinin rol aldığı “Turist” filminin bir hissəsinin lentə alındığı kafedə olub.
Aynişan olduqca həyəcanlı olduğunu, sözügedən filmi çox sevdiyini qeyd edib.
Quliyeva sözügedən kafenin görüntülərini izləyiciləri ilə bölüşərək onları bu məkanı görməyə dəvət edib.
Qeyd edək ki, 2010-cu ildə premyerası olan filmin baş qəhrəmanları A. Coli və Conni Deppdir.