Video
Video

Muratla Damlanı yaraşdırdılar

Muratla Damlanı yaraşdırdılar

Məşhur aktrisa Damla Sönmez də “O səs Türkiye” Yeni il xüsusi buraxılışında çıxış edən simalardan olub. 

OLAY yazır ki, Damla “Başıma gelenler” adlı mahnını səsləndirib. Çıxışı bitdikdən sonra münsiflərdən biri Murat Boz səhnəyə çıxaraq aktrisa ilə duet oxuyub. 

Sosial şəbəkə istifadəçiləri M. Bozun keçmiş sevgilisi Aslı Enverin “O Ses” çıxışını xatırlayıb. Eyni anların Aslı ilə də yaşandığını söyləyiblər.

Əksəriyyət isə Muratla Damlanı bir-birinə yaraşdırıb.