Xalq artisti Mələkxanım Əyyubova doğum gününü Füzulidə qeyd edib.
OLAY yazır ki, bu barədə sənətçi özü məlumat verib.
Xalq artisti doğum günündə sənət dostları ilə birlikdə Qarabağda olduğunu bildirib: "Bu gözəl hissi bizə yaşadan şəhidlərimizə Allah rəhmət eləsin. Qazilərimizə isə Allahdan can sağlığı arzulayıram".