“Getdiyim toylardan görüntülər paylaşıram. Xalq olaraq səxavətliyik, canı yananıq, gözəl süfrə açmağı sevirik. Bir müəllimə yazıb ki, kasıb toylarını çəkərək, onları ələ salırsınız? Yoxsa doğrudan da kasıblara hörmətiniz var?"
OLAY yazır ki, bu sözləri şairə Nazilə Səfərli deyib.
O, sözlərinə belə davam edib: "Mən kasıblara və varlılara hörmət bəsləmirəm. Kasıblığı da dəstəkləmirəm. Mən insanlığa hörmət qoyuram və əlinizdən hara gedək deyirəm. Zəngin süfrəsi paylaşırıq min qarğış tökürsünüz. Elə bil siz qazanmısınız, onlar yeyib. Kasıb süfrəsi paylaşırıq, deyirsiniz ələ salırsan. Başımızı götürüb hara gedək? Nəylə məşğul olaq ki, canımız qurtarsın”.