Video
Video

Miri Yusif: "Los-Ancelesdə qab-qacaq yuyub yerləri təmizləyirdim"

Miri Yusif: "Los-Ancelesdə qab-qacaq yuyub yerləri təmizləyirdim"

"Düzdür, baxanlar deyəcəklər ki, sən o boyda Los-Ancelesdə yaşamısan. Amma elə deyil. Mənim orada çox çətin zamanlarım olub və fəxr hissi keçirirəm ki, bunlardan keçmişəm. Bir baqajla, cibimdə pul-para olmadan bəzən çöllərdə, skamyalarda yatmışam. Çox vaxt müxtəlif yerlərdə qab-qacaq yuyurdum, yerləri təmizləyirdim, ofisiant işləyirdim".

OLAY yazır ki, bu sözləri "Qapqara" layihəsində qonaq olan Xalq artisti Miri Yusif deyib.

"Gözəl təcrübə idi. Bu, olmalı idi, məncə. Skamyada uzananda özümə həmişə söyləyirdim ki, mən burada nə edirəm, buraya niyə gəlmişəm. Amma sonra dedim ki, özüm özümə uduzsam, sonra peşman olaram və uduzmadım, qazandım. Güclü oldum. Yusif gedib, Miri Yusif qayıtdım".