Bəstəkar-müğənni Murad Arif “Füzuli Şəhəri Günü”ndə keçirilən konsertdə çıxış edib.
OLAY yazır ki, sənətçi günorta baş tutan konsertdə səhnəyə çıxaraq “Ay bəri bax” mahnısını səsləndirib.
Axşam saatlarına təsadüf edən konsertdə isə yalnız Murad Arif və Günay İbrahimli səhnə alıb. Milli geyimdə səhnəyə çıxan müğənni sevilən mahnılarını səsləndirib.
“Günorta konsertindən sonra müğənniləri Bakıya yola saldıq. Füzulililərə Günay İbrahimli ilə özəl konsert verdik. Salyut isə düşmən bağrı çatlatdı”-, deyə Murad qeyd edib.