Aparıcı Vüsalə Əlizadə "Xəzər TV"-də yayımlanacaq yeni proqramı "İncə səhər"lə paylaşım edib.
OLAY yazır ki, V.Əlizadə yeni ayın ilk gününə yeni uğurumla başlamaq istədiyini bildirib.
"Bəli, bu, mənim böyük sevgi, həvəs, bol enerji və hərtərəfli düşünüb verdiyim qərardır. Həyatımda yeni səhifə, yol, başlanğıc, hekayələr... Sınaqlar, öz gücündən əmin olmaq, yeniliklər çox gözəldir və bunun ən gözəl tərəfi həyəcandır. Çox həyəcanlıyam. Böyük bir etimadı doğrultmaqda inadlıyam. "Qorxmuram, çünki heç kimə rəqib gözüylə baxmıram, həyatı, insanları sevirəm, fikirlərim aydın, düşüncələrim gözəl, ürəyim rahatdır. Siz də rahat olun ki, uğur arxanızca dizin-dizin sürünsün. Allah açan qapını, verən qisməti, yazan yazanı bir bəni-adəm dəyişdirə bilməz. Bu dünyada hər kəs öz cığırında yürüyür, mən də yeni cığırıma yol çəkənləri seçdim. Yolumuz uzun və incə olacaq, amma asan olmayacaq. Bilirsiniz axı, mən sizin güclü qızınızam. Çətinliklər, acılar, olmazlarla yoğrulub mən olmuşam. Bu 20 ildə ən çox sizdən əmin oldum, çünki məni heç vaxt, əsla tək qoymadınız. 4 aylıq fasilədən sonra, yenə əminliklə, sizə böyük güvənlə, qara qutudan evinizə qonaq gələcəyəm. Bu dəfə səhər görüşəcəyik. Bu yolda mənə uzanan ən güvənli, peşəkar, kreativ əli tutduğum üçün çox xoşbəxtəm" - deyə aparıcı qeyd edib.
O, kanalın rəhbəri, Xalq artisti Murad Dadaşova təşəkkürünü də bildirib: "Çox təşəkkür edirəm, sizə və rəhbərlik etdiyiniz böyük "Xəzər" ailəsinə. Əziyyətimi çəkən hər kəs, haqqınızı halal edin. Hələ yolun əvvəlindəyik, hələ işlərimiz çox olacaq. Amma hər işdə, hər yolda halallıq və sevgi əsasdır".