Video
Video

Aygün Kazımovadan "Parol"

Aygün Kazımovadan "Parol"

Xalq artisti Aygün Kazımova yeni mahnısını dinləyicilərinin ixtiyarına verib. 

OLAY yazır ki,  “Parol” adlı yeni mahnının musiqisi Kazımcana, sözləri Orxan Qarabasmaya aiddir. 

Fotoqraf Kamran Novruzovun kamerası önünə keçən pop diva yeni mahnısı üçün xüsusi fotosessiya etdirib. Fotosessiyada A. Kazımovanın obrazı üzərində illərdir pop divanın ən böyük layihələrində yer alan peşəkar stilist Ruxa çalışıb. 

“Parol” adlı mahnı üçün həmin fotolardan ibarət xüsusi video çarx hazırlanıb. 

Mahnı Aygün Kazımovanın rəsmi “YouTube” kanalında yayımlanıb.