İki evliliyindən 3 uşaq atası olan Rafet El Roman son açıqlamasında 10 il əvvəl vazektomiya (sterilizasiya əməliyyatı) keçirdiyini bildirib.
OLAY yazır ki, açıqlamasına görə qınanan ifaçı videomüraciət yayıb.
"Bəzi insanlar öz normal olaraq buna münasibət bildirilər. "Bunu bilməliyikmi?" dedilər. Amma belə sual verildiyi üçün cavab verdim. Yoxsa 10 ildir bu mövzuya toxunmuram. İstəmişəm ki, bunu şəxsən məndən eşitsinlər. Dünyada bunu edən milyonlarla insan var. Ümumiyyətlə , bu yük həmişə qadınların üzərinə düşür. Düşünürəm ki, artıq kişilərin məsuliyyəti öz üzərinə götürməsinin vaxtıdır" - deyə Rafet bildirib.