İncəsənət
İncəsənət

Millət vəkili ola bilmədilər

Millət vəkili ola bilmədilər

Millət vəkili olmaq üçün namizədliklərini irəli sürən bəzi türk məşhur simalar seçilə bilməyiblər.

OLAY yazır ki, bu barədə türk mətbuatı məlumat yayıb. 

Bildirilir ki, İYİ Partiyasının Hataydan olan namizədi, keçmiş futbolçu Gökhan Zan, Türkiyə Kommunist Partiyasının İstanbuldan olan namizədi, aparıcı İlyas Salman, Yeniden Refah Partiyasının İstanbuldan olan namizədi, müğənni Davut Güloğlu, Türkiyə Fəhlə Partiyasının Balıkesirdən olan namizədi, aktyor Serhat Özcan və Yaşıl Sol Partiyasının İstanbuldan olan namizədi, aktyor Kerem Fırtına qələbə qazana bilməyiblər. 

Qeyd edək ki, son xəbərlərə görə, ikinci tura qalan Türkiyə prezident seçkiləri mayın 28-də keçiriləcək.