Almaniyanın Magdeburg şəhərində ənənəvi “Festival of Cultures” (mədəniyyət festivalı) keçirilib.
OLAY yazır ki, həmin şəhərdə yerləşən Otto-Von- Guericke universitetində təhsil alan tələbələrimiz iştiraş ediblər. Onların təşkilatçılığı ilə adıçəkilən festivalda Azərbaycan yüksək səviyyədə təqdim olunmuşdur.
Azərbaycana məxsus fərqli attributlarla yanaşı milli təamlar xarici qonaqlara təqdim olunmuş, ölkəmiz haqqında oyun (quiz) və milli rəqsimiz səhnədə nümayiş olunmuşdur.
Bu festivalın həyata keçməsində və lazımı vəsaitlər ilə təmin etdiyi üçün Azərbaycan Respublikasının Almaniyadakı Səfirliyi və Magdeburg Diasporasının rəhbəri dəstək olub.