Video
Video

Hər şey xanımının çəkdiyi videodan sonra oldu

Hər şey xanımının çəkdiyi videodan sonra oldu

Repçi Qurd (Fərid Eminov) həyat yoldaşı Leyla Namazzadə ilə boşanma xəbərlərinə aydınlıq gətirib.

OLAY yazır ki, sənətçi bu barədə “Xəbər ətər” proqramında yayımlanan rubrikada məlumat verib.

Qurd bildirib ki, söz-söhbət xanımın paylaşdığı videodan sonra yaranıb:

“O, səhv anlaşılma idi. Əminliklə deyə bilərəm ki, hər şey normaldır. Xoşbəxtəm. Həyat yoldaşım həyatda mənə böyük dəstək verir. İşlərimdə heç bir problem yaratmır və İnşallah ki, yaratmayacaq. Problem onda yarandı ki, həyat yoldaşım klipimə baxanda video çəkdi. Orada bir zarafat oldu, dedi. Bunu da saytlar şişirtdi.

İfaçı bununla özünü PR etdiyinə dair yayılan iddialara da cavab verib:

Bizim PR etmək fikrimiz yox idi. Sadəcə bunu saytlar səhv anladı. Onunla nə PR olacaq ki? Mahnı, klip onunla reklam olunmur ki…”.

Qeyd edək ki, cütlüyün qızları ötən ay dünyaya gəlib. Qurdun ilk evliliyindən iki oğlan övladı da var.