Müğənni Mətanət Əsədova trend olan çıxışı ilə bağlı etiraf edib.
OLAY yazır ki, bu barədə aparıcı Elgiz Əkbər video paylaşıb. Məşhur sözləri yadına salınan Əsədova onu aparıcı Zaur Kamalın öyrətdiyini deyib:
“Demişdim ki, 6, 5 aydır məndən xəbərin yoxdur. Necə öyrədibsə, elə də söyləmişəm. Zayka (Zaur Kamal) öyrətmişdi”.
Qeyd edək ki, M. Əsədova illər əvvəl Z. Kamalın verilişində qonaq olarkən subay olmadığını demişdi:
“Ona görə deyirəm ki, 6, 5 aydır məndən xəbərin yoxdur. Məni kim almaz ki? Çox hörmətli bir insandır”.
Əsədovanın bu çıxışı sosial şəbəkələrdə gündəm olmuş, bir çox istifadəçi tərəfindən video çəkilmişdi.