Video
Video

Tatlıses üçün gələnlərə gözyaşardıcı qazla müdaxilə!

Tatlıses üçün gələnlərə gözyaşardıcı qazla müdaxilə!

İbrahim Tatlıses Şimali İraqın Ərbil şəhərində izdihamla qarşılanıb.

OLAY yazır ki, kişi geyimləri mağazasının açılışına qatılan Tatlıses ona göstərilən böyük maraqdan məmnunluğunu ifadə edərək, “İraq və Ərbil mənim qalamdır” deyib.

Mağazanın açılışına toplaşan sənətçinin yüzlərlə fanatı “İbo” şüarları səsləndirib.

Tatlısəsin mağazadan çıxmasını gecə saatlarına qədər gözləyən fanatlar arasında izdiham yaşanıb. Polis kütləni dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.