“Şükürlər olsun ki, mən səlist və siyasi danışmağı bacarıram, amma müsahibə verməyi xoşlamıram. İstəyirəm ki, ancaq işlərimlə gündəmdə olum. İstəmirəm ki, nə isə deyim, oradan qalmaqal yaransın”
Bu sözləri müğənni Səmra Rəhimli OLAY-a açıqlamasında bildirib. O, KİV-dən uzaq qalma səbəbini də açıqlayıb:
“Şükürlər olsun ki, mən səlist və siyasi danışmağı bacarıram, amma müsahibə verməyi xoşlamıram. İstəyirəm ki, ancaq işlərimlə gündəmdə olum. İstəmirəm ki, nə isə deyim, oradan qalmaqal yaransın”
Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin təyin etdiyi siyahıda adı hallanan Səmra mövzu barədə danışmayıb. O, ürəyinin təmizliyinə görə bütün işlərinin qaydasında olduğunu bildirib:
“Mən əvvəlcədən danışmağı sevmirəm. İşin sürprizi korlanır. İnanıram ki, əgər öncədən deyirsənsə psixoloji olaraq beynin onu etmiş kimi qəbul edir və sənin daha o işə həvəsin qalmır. Hər şeyin qarşılığını ürəyimin təmizliyi ilə alıram. Nə qədər ki, qəlbimiz təmizdir bizim dualarımız da, səsimiz də daha tez eşidilir və hər şey bizim üçün daha yaxşı olur. Amma qəlbin qara, paxıl olsa, kainata nə qədər mesaj göndərsən də xeyri yoxdur”.