Aktrisa Xuraman Əlizadə instaqramda ağlayan videosunu paylaşıb.
OLAY yazır ki, aktrisa yaydığı kadrlar insanları bir-birinin dəyərini anlamağa səsləyib:
“Allah ölümün də xeyirlisindən nəsib etsin. Bir-birimizin qədrini bilək. Dünya heç kimə, Süleymana da qalmayıb. Biz kimik ki... Allah dünyasını dəyişənlərə rəhmət eləsin. Yerdə qalanlara can sağlığı versin. Bir-birimizin qədrini bilək, sonra deməyək – heyif”.
Qəbiristanlıqda olan X. Əlizadə sözlərinə bunları əlavə edib:
“Hər birimizin yolu qəbiristanlıqdan keçəcək. Biz nə edirik? Bir-birimizi qırırıq, ətini yeyirik, birinin sözü o birinin boğazından keçmir. Bacı qardaşla danışmır, ata bala ilə düşməndir, bala ana ilə düşməndir. Nə etdiyimizi özümüz də bilmirik. Tək bilirik ki, sonumuz buradır”.