Türk müğənni Mahsun Kırmızıgül gündəm olan Bakı konsertindən yazıb.
OLAY yazır ki, bu barədə o, instaqramda paylaşım edib. Mahsun gecəylə bağlı təəssüratlarını bu sözlərlə dilə gətirib:
“Bakıdan zəlzələ bölgəsinə bu gecə bir könül körpüsü qurduq. Azərbaycan xalqının ölkəmizdəki fəlakətlə bağlı etdikləri yardımlara görə zəlzələ qurbanlarının adından təşəkkürlərimizi çatdırdım. Bu, həyatımın konserti oldu. Heç bir konsertdə bu qədər ağlayıb, ağlatmamışdım. Bakının ürəyi bizimlədir. Çərşənbə günü zəlzələ bölgəsində olacağam. Çətinlik çəkən insanların yanındayam”.