“MTV maqazin” verilişi məşhurlar arasında sorğu keçirib.
OLAY yazır ki, şou əhlindən “Əlifbanın sonuncu hərfi hansıdır?”, - deyə, soruşulub.
Maraqlısı isə odur ki, məşhurların əksəriyyəti bu suala cavab verməkdə çətinlik çəkib.
Belə ki, rəqqasə Fatimə Fətəliyeva, müğənnilər Kərim Abasov, Əkbər Əliyev, Şəbnəm Tovuzlu, Manaf Ağayev və Səidə Sultan cavabı bilməyib.
Aparıcı Elgiz Əkbər isə bu sualın ona ünvanlanmasını ayıb hesab edib.