Ötən gün Bakıda konsert verənlər sırasında türk müğənni və bəstəkar Serdar Ortaç da olub.
OLAY yazır ki, paytaxtdakı məşhur restoranlardan birində səhnə alıb. Serdar gecədə populyar mahnılarını səsləndirib.
Həm də dinləyiciləri ilə maraqlı söhbətlər edən Ortaç onlardan səhnəyə çox yaxınlaşmamalarını, özünün yanlarına gedəcəyini söyləyib:
“Hamı masasında rəqs etsin. Hər kəs görə bilsin. Bacı, masaya keç. Qız, ayıbdır. Mən özüm gələcəcəm”.
Müğənninin yeriməkdə çətinlik çəkdiyi bildirilib.
Qeyd edək ki, gecənin aparıcısı Könül Muxtarova olub.