Müğənni Rəqsanə İsmayılova daxili işlər naziri general-polkovnik Vilayət Eyvazova müraciət etmiş, 2015-ci ildən Xəzər Rayon Polis İdarəsinin rəisi polis polkovniki Əli İbrahimovla ev mübahisəsi yaşadığını bildirmişdi.
OLAY yazır ki, İsmayılova iddia etmişdi ki, 7 ildən çoxdur ki, sözügedən şəxs onun evini mənimsəyib və geri qaytarmır.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı polis mayoru Anar Qafarov “Qafqazinfo”ya açıqlamasında R.İsmayılovanın iddialarının əsassız olduğunu bildirib:
“Tərəflər arasında 2015-ci ildə ev alqı-satqısı olub. Həmin evin satışı qanunauyğun olaraq notarial qaydada bank-köçürmə yolu ilə həyata keçirilib. Sonradan qarşı tərəf ödənilən məbləği qaytarmadan evi geri tələb edib. Tərəflər arasındakı mübahisə məhkəmə qaydasında davam etdirilib. Məhkəmə iddiaçının tələbini təmin etməyib. Qeyd olunanları nəzərə alaraq diqqətə çatdırırıq ki, iddiaların hüquqi əsası yoxdur”.