Aktrisa Oksana Rəsulova maşınına hücum olan müğənni Nigar Camala dəstək çıxıb.
OLAY yazır ki, bu barədə o, instaqramda paylaşım edib. Həmin anları izləyiciləriylə bölüşən Oksana bu sözləri yazıb:
“Bu nə özbaşınalıqdır? Bu nə biabırçılıqdır? Maşın vurmaq, hücum çəkmək nə deməkdir? Ay Allah. Söz tapa bilmirəm. Belə adamı necə adlandırasan? Nigar, yaxşı qurtardın, bacı.
Şokdayam. Belə çıxır ki, bu cür hadisə hamının başına gələ bilər. Polislərimizdən xahiş edirik ki, bu məsələyə aydınlıq gətirsinlər. Öncədən təşəkkür edirik”.
Qeyd edək ki, ötən gün naməlum şəxs yolda maşını saxlayaraq Nigarın avtomobilinə hücum edib və sol güzgüsünə zərbə endirib.