Video
Video

Zəlzələnin azyaşlı qurbanları üçün “oyuncaq yağışı”...

Zəlzələnin azyaşlı qurbanları üçün “oyuncaq yağışı”...

Beşiktaş Gimnastika Kulubunun təşkil etdiyi kampaniya sosial şəbəkələrdə gündəm olub.

OLAY yazır ki, komandanın “Vodafone Arena”da Antalyasporla baş tutan matçında zəlzələ qurbanları yad edilib.

Əvvəlcə oyunun nəticəsini göstərən böyük ekranda fəlakət baş verən şəhərlərin nömrələri əks olunub. Bununla bərabər kulub azarkeşləri zəlzələdən zərərçəkən uşaqlar üçün stadiona oyuncaqlar atıblar.

Yaşıl meydança oyuncaqlarla əhatə olunub. Oyunçularla bərabər bütün texniki işçilər azarkeşlərin atdığı oyuncaqları bir kənara toplayıblar.

“Memleketim” mahnısının sədaları altında keçirilən aksiya zamanı tribunada “Uşaqlar həmişə gülsün” plakatı açılıb.