Rəqqasə Renka (Rəna Ağamuradova - red.) yeni biznesə başlayıb.
OLAY yazır ki, şou nümayəndəsi rəqs məktəbi açıb. Ötən gün bununla bağlı açılış mərasimi təşkil edən rəqqasə tədbirə dostlarını, incəsənət üzvlərini də dəvət edib.
Bir neçə müəllimin fəaliyyət göstərəcəyi məktəbdə müxtəlif rəqs növləri tədris ediləcək.
Qeyd edək ki, Renka bundan öncə kofeşop biznesinə girmiş, daha sonra vaxt ayıra bilmədiyi üçün kafesini bağlamışdı.