Video
Video

“Hansı söz üzərinə soyuq daşlar yağan uşaqları isidər?”

“Hansı söz üzərinə soyuq daşlar yağan uşaqları isidər?”

“Türkiyə xalqına təskinlik üçün heç bir sözüm yoxdur. Axı hansı söz ananın, atanın uçqunlar altında qalan balası üçün təsəlli ola bilər? Hansı söz valideynlərini itirən, üzərinə soyuq daşlar yağan, baxışları haray qoparan uşaqları isidər, durmadan ağlayan körpələri sakitləşdirər?”.

OLAY yazır ki, bu sözləri Xalq artisti Flora Kərimova sosial şəbəkə hesablarında qeyd edib. OSənətçi “Keçmiş olsun” əsərindən bəhs etdiyi verilişdən bir hissə paylaşaraq bu sözləri yazıb:

“Bu mahnı bəstəkarın, yazarın, mənimlə birgə oxuyan sənət yoldaşlarımın, ürəyi qardaşlarıyla döyünən xalqımın, türklüyün hayqırtısı idi. Çox heyif ki, mənə görə illərlə qadağada qaldı, onların səsi də eşidilmədi”.