Video
Video

Zeynep o qızla görüşəcək

Zeynep o qızla görüşəcək

Müğənni Zeynep Bastık dağıntılar altından çıxarılarkən onun mahnısını istəyən qızla bağlı paylaşım edib.

OLAY yazır ki, həmin videonu izləyiciləriylə bölüşən Zeynep deyib ki, Ayfer adlı yeniyetmə və onun bacısı ilə əlaqə yaradıblar:

“Ailəsini və yaxınlarını itirib. Çox kədərliyəm. Ən qısa müddətdə görüşəcəyik. O mahnı, konsert, nə istəsə… Bacısıyla birlikdə təhsil həyatları müddətində maddi-mənəvi yanlarında olacağam. Söz verirəm. Ayfer, sayəndə ifadə edə bilmədiyim hisslər yaşayıram. Səni və bacını qucaqlamaq üçün gün sayıram”.