Video
Video

“Fırıldaqçı blogerlərə aldanmayın”

“Fırıldaqçı blogerlərə aldanmayın”

Müğənni Nadir Qafarzadə Türkiyəyə yardım göndərmək istəyən şəxslərə müraciət ünvanlayıb.

OLAY yazır ki, sənətçi bununla bağlı instaqramda paylaşım edib.

“Bəzi fırıldaqçı blogerlər bundan da istifadə edib pul qazanmaq üçün sizə müraciətlər edəcəklər. Bilirəm, çünki bu, əvvəllər müharibə zamanı da olmuşdu, pandemiya zamanı da… Bəzi fırıldaqçılar var, kimisi bağını dəyişəcək, kimisi yeni maşın alacaq… Pulları mənimsəyəcəklər. Gözdən pərdə asmaq üçün az faizini köçürdürlər. Siz isə yardımlarınızı elə yerə edin ki, əziyyətiniz hədər getməsin. Yəni yardım ünvanına, Türkiyəyə çatsın”, - deyə, Nadir vurğulayıb.