Video
Video

4-cü dəfə evləndi

4-cü dəfə evləndi

Müğənni Mark Entoni “Kainat gözəli- 2021” Nadia Ferreyra ilə ailə qurub. 

OLAY yazır ki, bu barədə Entoni instaqramda məlumat yayıb, toyundan görüntülər paylaşıb. 

Qeyd edək ki, Ferreira ilə münasibətindən əvvəl Mark Entoni üç dəfə evlənib. O, 2000-ci ildə keçmiş “Miss Universe” Dayanara Torres ilə ailə qurub. Onun bu evlilikdən iki övladı var: Kristian Entoni Muniz və Rayan Entoni Muniz. 2002-ci ildə cütlük ayrılıb.

2004-cü ildə Entoni aktrisa və müğənni Cennifer Lopezlə nikah bağlayıb. 2008-ci ildə onlar əkizlərin valideynləri oldular: Emma və Maksimilian. 2011-ci ildə məşhurlar boşanıblar. Mark Entoni 2014-2016-cı illərdə Şennon De Lima ilə evli olub, yollarını ayırıb.