Video
Video

Bloger cütlük İranda bu rəqsə görə həbs edildi

Bloger cütlük İranda bu rəqsə görə həbs edildi

İranda Astiyazh Haqiqi və Amir Mohammad Ahmadi adlı bloger cütlük paylaşdığı videoya görə həbs edilib.

OLAY yazır ki, bu barədə “Albawaba” nəşri məlumat paylaşıb.

Sözügedən görüntülərdə onların küçənin ortasında rəqs etməkləri əks olunub.

Cütlük bu videoya görə 10 il müddətində azadlıqdan məhrum edilib.

21 yaşlı Haqiqi və 22 yaşlı Ahmadinin Məhsa Əmininin ölümündən sonra başlayan etirazlara dəstək vermək üçün rəqs etdikləri bildirilib.