Video
Video

Merve yenə jurnalistlərlə dalaşdı - Video

Merve yenə jurnalistlərlə dalaşdı - Video

Aktrisa Merve Boluğur növbəti dəfə jurnalistlərlə gərginlik yaşayıb.

OLAY yazır ki, buna səbəb paparatsiyaların onu keçmiş əri Mert Aydınla görüntüləməsi olub. Merve etiraz edərək onlardan kameraları söndürmələrini istəyib.

“Sizdən insan kimi bir şey istəyirəm, görüntülənmək istəmirəm. Bu, mənim insanlıq haqqımdır. Siz insan deyilsiz, vicdanınız yoxdur”, - deyə , sənətçi bildirib. Bundan sonra eks-həyat yoldaşı ilə maşına minərək məkanı tərk edib.

Qeyd edək ki, Merve daha əvvəl də M. Aydının yanında birinci həyat yoldaşı Murat Dalkılıçla bağlı suala qəzəblənmişdi.